BaşlıcaBeynəlxalq
Fransa Prezidenti Suren Papikyanı Fransa Respublikasının “Şərəf Legionu” ordeni ilə təltif edib

Fransa Prezidenti Emmanuel Makronun sərəncamı ilə Ermənistanın Müdafiə naziri Suren Papikyana Fransa Respublikasının “Şərəf Legionu” (Legion d’honneur) ordeni təqdim edilib. Bu barədə Papikyan öz “Facebook” səhifəsində məlumat verib.
Alınan xəbərə görə, Papikyan yazıb ki, orden ona Fransa hökumətində yüksək vəzifəli nümayəndə tərəfindən təqdim olunub və bu mükafat Ermənistan–Fransa münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə verilib.
Sonda əlavə edib ki, bu qiymətləndirmə iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.








