İranın Ermənistandakı səfiri İran ermənisi Hovannes Simonyanın vəfatı ilə bağlı başsağlığı verib

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Xəlil Şirğolami İsfahanda Amerika-İsrail bombardmanı nəticəsində İran ermənisi Hovhannes Simonyanın həlak olması ilə bağlı başsağlığı verib.
O, xüsusilə qeyd edib: “Sevimli İran-erməni Hovhannes Simonyan cinayətkar ABŞ və İsrailin vəhşi hücumu nəticəsində İsfahanda həlak olub.
Əziz şəhid Hovhannes Simonyanın ailə üzvləri,
Əziz erməni soydaşlarımız,
ABŞ və İsrailin terror hücumları nəticəsində sevimli soydaşımızın ölüm xəbəri bizim üçün dərin bir şok oldu. Şərəfli İran-erməni icması digər iranlılarla çiyin-çiyinə həmişə doğma torpağın, şərəf və ləyaqətin müdafiəsində ön cəbhədə dayanıb və övladlarını vətən uğrunda qurban verib.
Uca Tanrıdan sevimli şəhid Hovhannes Simonyanın ruhuna cənnət səltənəti, sizə və bütün qohumlarınıza isə səbr və mənəvi təsəlli diləyirəm.”
Hadisə 27 martda baş verib.







