BaşlıcaSiyasət

Paşinyan: “ER vətəndaşı öz sülhünə sahib çıxmalıdır, çünki bu onun yaratdığı sülhdür”

Baş nazir Nikol Paşinyan Facebook səhifəsində ”Sülhnü” yoxsa sülh?” adlı video paylaşıb.

“Biz çoxsaylı itkilər və qurbanlar bahasına müharibənin sadəcə təxirə salınmasına deyil, sülhə nail olmuşuq. Bütün  ihəyatını fəda edənlərin xatirəsi qarşısında baş əyirik.

 Biz sülhə nail olmuşuq və bu azad, demokratik, inkişaf edən, firavan, suveren Ermənistan qurmaq onların xatirəsini anmağın ən yüksək formasıdır. Onların  həyatlarının  itirilməsinə bundan böyük qiymət verə bilmərik.

Beləliklə, sülh artıq de-yure təsdiq olunub və Ermənistan vətəndaşı öz sülhünə sahib çıxmalıdır, çünki bu onun öz sülhüdür, onun yaratdığı sülhdür.

Bu sülh üzərində işləyən, bu nəticəyə çatan onun seçdiyi hakimiyyətdir və hakimiyyət sülhün bərqərar edilməsini 2021-ci ilin növbədənkənar parlament seçkilərində xalqın verdiyi mandatı, xalqın sözünü eşidərək və onu həyata keçirərək, əsas prioritet hesab etmişik.

Deməli, vaxt gəlib, gəlir və bu tarix 7 iyun 2026-cı ildir ki, Ermənistan vətəndaşı öz sülhünə sahib çıxsın.

Açığını desəm, Ermənistan Respublikası  vətəndaşının öz sülhünə sahib çıxacağına heç bir şübhəm belə yoxdur” – deyərək  o, bildirib

Daha çox göstər
Back to top button