
Türkiyə Milli Müdafiə Nazirliyi “ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın unudulmasına icazə verməyəcəyini” bildirib.
APA-nın məlumatına görə, Türkiyə hərbi idarəsi “31 mart azərbaycanlıların soyqırımı günü” münasibətilə bəyanat yayıb.
Bəyanatda deyilir: “Tarixdə qara ləkə kimi qalan o faciəli günlərdə erməni silahlı dəstələri minlərlə günahsız azərbqycanlıya amansızcasına qətlə yetiriblər. Biz qardaşlarımıza qarşı törədilən soyqırımı unutmamışıq, unutmayacağıq və unutdurulmasına da icazə verməyəcəyik. Şəhidlərimizin xatirəsini minnətdarlıq və təvazökarlıqla yad edirik”.
Bir daha görürük ki, Bakı müharibə və soyqırım ritorikasından imtina etməyi belə düşünmür. Ermənilərin əsl soyqırımını inkar etməklə yanaşı, onlar bir növ uydurma “soyqırım”ı təbliğ edirlər.







