BaşlıcaSiyasət

Bloomberg nüfuzlu beynəlxalq nəşri Ermənistanda Firebird Al məlumat mərkəzinin investisiya layihəsinə və bu çərçivədə imzalanmış misilsiz sazişə toxunub

Alınan məlumata görə, məqalədə qeyd olunur ki, Ermənistanın aparıcı maliyyə qurumları Firebird AI şirkətinə məlumat mərkəzinin tikintisi məqsədilə 300 milyon dollar maliyyə ayıracaq.

Həmçinin vurğulanır ki, bu birgə saziş belə formatda həyata keçirilən ilk iri investisiya layihəsidir.

Nəşr Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyanın çıxışına da istinad edib. Nazir bu təşəbbüsün ölkənin texnoloji inkişafı və elmi-texniki potensialının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

O, bildirib ki, layihə 2025-ci ildə Ermənistan və ABŞ arasında süni intellekt və yarımkeçiricilər sahəsində imzalanmış ikitərəfli əməkdaşlıq memorandumundan irəli gəlir.

Məqalədə həmçinin qeyd olunur ki, Firebird AI layihəsi Nvidia və Dell Technologies kimi texnologiya nəhəngləri ilə əməkdaşlıq çərçivəsində hazırlanır.

 Layihə Ermənistan hökumətinin dəstəyi ilə həyata keçirilir və məqsədi ölkədə müasir süni intellekt infrastrukturunu inkişaf etdirməkdir.

Daha çox göstər
Back to top button