BaşlıcaSiyasət

Yaxın Şərqdə davam edən müharibə səbəbindən Ermənistanın hava məkanından neçə tranzit reys həyata keçirilib

2026-cı il fevralın 28-də Yaxın Şərqdə başlayan müharibə ilə əlaqədar regionun bir sıra ölkələrinin hava məkanlarının bağlanması Ermənistanın hava məkanından tranzit reyslərin sayının artmasına səbəb olub.

İran İslam Respublikasının və regionun digər ölkələrinin səmasının bağlanması nəticəsində fevralın 28-dən martın 23-dək olan dövrdə Ermənistanın hava məkanından 6414 tranzit uçuş həyata keçirilib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisini 129 vahid üstələyir.

 Ermənistan Mülki Aviasiya Komitəsindən jurnalistin sorğusuna cavab olaraq bildirilib ki, ümumi artıma baxmayaraq, martın ikinci ongünlüyündən uçuşların sayında müəyyən azalma müşahidə olunur, marşrutların seçimi isə tamamilə aviaşirkətlərin səlahiyyət dairəsində qalır.

“Regional təhlükəsizlik vəziyyətinin dəyişməsi ilə əlaqədar Ermənistanın hava məkanından tranzit uçuşlar həyata keçirən yeni aviaşirkətlər demək olar ki, qeydə alınmayıb.

Ermənistanın hava məkanından tranzit uçuşların aeronaviqasiya xidməti ilə bağlı heç bir problem yaranmayıb, habelə həddindən artıq yüklənmə səbəbindən uçuşların qəbulunda məhdudiyyətlər tətbiq edilməyib”– deyə sayta göndərilən cavabda qeyd olunub.

Komitədən həmçinin bildirilib ki, uçuş marşrutlarının seçilməsi qərarı tamamilə hava gəmisini istismar edən şirkətin səlahiyyət dairəsindədir.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də başlayan müharibə Yaxın Şərqin hava məkanında misli görünməmiş vəziyyətə səbəb olub, bunun nəticəsində təhlükəsizlik mülahizələrindən çıxış edərək ən azı səkkiz ölkə, o cümlədən İran, İsrail, İraq, İordaniya, Suriya, Livan, Küveyt və Qətər öz səmalarını tamamilə və ya qismən mülki aviasiya üçün bağlayıb.

Bəzi ölkələr (məsələn, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman) ciddi məhdudiyyətlərlə də olsa, tranzit dəhlizlər kimi fəaliyyət göstərməyə davam edir.

Daha çox göstər
Back to top button