
Azərbaycan İranda hakimiyyət dəyişikliyinin baş verəcəyinə 100% əmin olmayana qədər İran qarşısında açıq şəkildə çıxış etməyəcək.
Bu barədə aprelin 1-də Yerevanda jurnalistlərlə görüş zamanı “APRI Armenia” analitik mərkəzinin baş eksperti Benyamin Poğosyan bildirib.
Poğosyanın sözlərinə görə, İsrailin Azərbaycanda müəyyən hərbi və kəşfiyyat mövcudluğu olduğu sirr deyil. “Nüfuzlu beynəlxalq media artıq 15 ildir ki, bu barədə yazır” – deyə o bildirib.
Onun fikrincə, Azərbaycanın siyasi rəhbərliyi öz ərazisini İrana qarşı açıq zərbələr üçün verməyəcək qədər ehtiyatlı davranacaq.
Müharibənin başlanmasından artıq bir ay keçməsinə baxmayaraq, taktiki bəzi uğurlara rəğmən, anti-İran koalisiyası hələ də strateji nailiyyət əldə etməyib.
Siyasi analitik izah edib ki, Bakı yalnız o halda müharibəyə cəlb oluna bilər və ya ən azından öz ərazisinin açıq istifadəsinə icazə verə bilər ki, İranda hakimiyyət dəyişikliyinin 100% baş verəcəyinə əmin olsun, ya da İran İslam Respublikasının mövcudluğu tamamilə dayansın.







