BaşlıcaSiyasət

ER Baş naziri: “RF ilə münasibətlərimiz olduqca dərindir və bizim üçün çox vacibdir”

ER  Baş naziri Nikol Paşinyan RF ilə münasibətlərin dərin olduğunu və heç bir sual altına qoyula bilməyəcəyini bildirib. O, eyni zamanda Ermənistanın hazırda Aİİ və Avropa Birliyi ilə əməkdaşlıq gündəliklərini birləşdirməyə çalışdığını qeyd edib.

Alınan məlumata görə, Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı Paşinyan ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.

“Rusiya Federasiyası ilə münasibətlərimiz çox dərindir və bizim üçün olduqca vacibdir – deyə o, bildirib.

Baş nazirin sözlərinə görə, regiondakı yeni reallıqlar – Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması şəraitində bu proses erməni-rus münasibətlərinə də müsbət təsir göstərir.

Paşinyan iqtisadi əməkdaşlığın əhəmiyyətini də vurğulayaraq qeyd edib ki, Ermənistan müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq Azərbaycanın ərazisindən keçən dəmir yolu ilə Rusiya ilə dəmiryolu əlaqəsi fəaliyyət göstərir.

“Biz Rusiyadan idxal həyata keçiririk və ümid edirəm ki, yaxın gələcəkdə ixrac da edəcəyik” – deyərək  o, əlavə edib.

Daha çox göstər
Back to top button