BaşlıcaSiyasət

Ermənistanın sərhədyanı bölgələrində təhlükəsizliyin təmin edilməsində AB müşahidə missiyasının rolu vurğulanıb

Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyan Avropa Birliyinin müşahidə missiyasının yeni təyin olunmuş rəhbəri Satu Koyvunu qəbul edib.

 Bu barədə Ermənistan Prezidentinin administrasiyası məlumat yayıb.

Prezident xanım Koyvunu məsuliyyətli vəzifəyə başlaması münasibətilə təbrik edib və ona səmərəli fəaliyyət arzulayıb.

O, missiyanın fəaliyyətinin Ermənistanın sərhədyanı bölgələrində sabitlik və təhlükəsizliyin təmin edilməsində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Son dörd il ərzində görülən işlər gərginliyin azaldılmasına və dinc mühitin formalaşmasına mühüm töhfə verib.

Vahaqn Xaçaturyan missiyanın səmərəli fəaliyyətini təmin etmək üçün öz tərəfindən hər növ dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Satu Koyvu qəbul və göstərilən etimad üçün təşəkkür edərək, belə mühüm bir dövrdə bu missiyaya rəhbərlik etməyin böyük şərəf olduğunu qeyd edib.

O, missiyanın səmərəliliyini təmin etmək və regionda sülhün möhkəmlənməsinə töhfə vermək üçün bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Tərəflər regionda sülhün bərarat qərarlaşması istiqamətində atılan addımlar kontekstində, Ermənistan üçün çətin olan bu dövrdə AB müşahidə missiyasının rolunu yüksək qiymətləndiriblər.

Qeyd olunub ki, Ermənistan vətəndaşları missiyanın fəaliyyətinə böyük önəm verir və onun sərhədyanı yaşayış məntəqələrində təhlükəsizliyin qorunmasındakı rolunu təqdir edirlər.

Görüş zamanı artıq davam edən sülh prosesinin uğurla başa çatdırılmasının vacibliyi xüsusi olaraq qeyd edilib.

Daha çox göstər
Back to top button