BaşlıcaEkonomika

Paşinyan:  “Ermənistan Rusiyayla yeni atom elektrik stansiyasının tikintisini müzakirə edir”

ER Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Rusiyayla yeni atom elektrik stansiyasının tikintisi məsələsini müzakirə edir və vurğulayıb ki, Yerevan eyni zamanda daha sərfəli variant tapmaq üçün digər tərəfdaşlarla da danışıqlar aparır.

Alınan məlumata görə, Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı Paşinyan qeyd edib ki, energetika sahəsində erməni-rus əməkdaşlığı ənənəvi və mühüm istiqamətlərdən biri olaraq qalır.

“Biz energetika sahəsində əməkdaşlıq edirik və burada çox ənənəvi, möhkəm əlaqələrimiz və əməkdaşlığımız var” – deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, hazırda yeni texnologiyalar istiqamətində, xüsusilə bərpa olunan enerji sahəsində də aktiv iş aparılır.

Paşinyan yeni atom elektrik stansiyasının tikintisi mövzusuna xüsusi toxunub:

“Siz bilirsiniz ki, biz Rusiya Federasiyası ilə yeni atom elektrik stansiyasının tikintisi məsələsini də müzakirə edirik” – deyə o, qeyd edib.

Eyni zamanda Baş nazir vurğulayıb ki, bu məsələdə Ermənistan açıq və çoxtərəfli formatda fəaliyyət göstərir:

“Biz tam şəffafıq, çünki gizlətmirik ki, bu məsələləri təkcə rus tərəfdaşlarla deyil, həm də digər tərəfdaşlarla müzakirə edirik.

Çünki Ermənistan Respublikası üçün ən sərfəli təklifi axtarırıq” – deyə Paşinyan   qeyd edib.

Daha çox göstər
Back to top button