
Bu barədə Ermənistan Baş nazirinin aparat rəhbəri və Frankofoniya Oyunlarının milli təşkilat komitəsinin sədri Arayik Harutyunyan məlumat verib.
Oyunlar Ermənistanda 23 iyul – 1 avqust 2027-ci il tarixlərində baş tutacaq. Ermənistanın ev sahibliyi ilə bağlı müraciəti 8 fevral 2024-cü ildə təsdiqlənib.
Yarışlar 10 mədəni (teatr, rəqəmsal yaradıcılıq, təsviri incəsənət – rəsm, heykəltəraşlıq, fotoqrafiya, nağılçılıq, rəqs, mahnı, ədəbiyyat, fristayl top) və 10 idman (atletika və paraatletika, futbol, ağır atletika, şahmat, cüdo, stolüstü tennis, basketbol 3×3, əlil arabasında basketbol, breyk-dans) növü üzrə keçiriləcək.
Tədbirlər Yerevan, Abovyan, Çarentsavan və Armavir şəhərlərində təşkil olunacaq.
Milli təşkilat komitəsi beynəlxalq komitə ilə fəal əməkdaşlıq edir, ekspert səfərləri təşkil olunub və hazırlıq işləri davam edir.
Həmçinin oyunların loqosu hazırlanıb və ictimaiyyətə təqdim olunub. Loqo erməni ənənəvi “əbədiyyət” simvoluna və Koçari rəqsinin dairəvi hərəkətlərinə əsaslanır, bu isə birlik, davamlılıq və enerjini ifadə edir.







