BaşlıcaEkonomika

Metsamor Atom Elektrik Stansiyası müvəqqəti olaraq istismardan çıxarılıb

İstismar müddətinin uzadılması proqramı çərçivəsində Metsamor AES aprelin 1-dən etibarən 5 ay müddətinə fəaliyyətini dayandırıb.

Alınan məlumata görə, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Davit Xudatyan hökumətin aprelin 2-də keçirilən iclasında Günəş stansiyalarının istehsal göstəricilərinin artımı kontekstində məlumat verib.

“Böyük ehtimalla, 2026-cı ildə günəş stansiyalarımız Metsamor AES-in işlədiyi təqdirdə istehsal edəcəyi qədər elektrik enerjisi istehsal edəcək.

Bu rəqəmlər mütləq bir-birinə uyğun gələcək” — deyə nazir bildirib.

İctimai Xidmətləri Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyan qeyd edib ki, son illərdə Ermənistanda Günəş stansiyalarının quraşdırılmasında sürətli artım müşahidə olunur:

Ümumi güc: 1 mart tarixinə olan məlumata görə 1141 MVt.

Sənaye tipli: 479 MVt.

Muxtar (damlarda quraşdırılan): 662 MVt.

Ermənistan AES-in hazırkı istismar müddəti 2026-cı ilin payızında başa çatır. Hazırda stansiyanın ömrünü daha 10 il uzatmaq üçün işlər aparılır.

Eyni zamanda, Ermənistan hökuməti yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı müxtəlif ölkələrlə müzakirələr aparır. Yeni stansiyanın modul tipli olması qərara alınıb.

Tikinti ilə bağlı ABŞ, Fransa, Çin, Rusiya və Cənubi Koreya ilə danışıqlar davam edir.

Daha çox göstər
Back to top button