BaşlıcaSiyasət

Yılmaz: “Ermənistanla sərhədlərin açılması regionda sülh prosesinin ən mühüm nəticələrindən biri olacaq”

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Ermənistanla sərhədlərin açılması regionda sülh prosesinin ən mühüm nəticələrindən biri olacaq.

O, Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Baş nazirləri və vitse-prezidentlərinin görüşündə Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq istiqamətində atılan addımları alqışlayıb.

Yılmaz APA agentliyinə müsahibəsində qeyd edib ki, Türkiyə–Ermənistan və Azərbaycan–Ermənistan quru sərhədlərinin açılması regionda sülh və normallaşma prosesinə ciddi töhfə verəcək.

Onun sözlərinə görə, bu addım orta və uzun müddətdə Cənubi Qafqazda iqtisadi inkişafı sürətləndirəcək və sabitliyi gücləndirəcək.

Daha çox göstər
Back to top button