BaşlıcaSiyasət

Ermənistan–ABŞ işçi qrupunun üçüncü iclası keçirilib

Aprelin 1-də 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitində əldə olunmuş razılaşmaların icrası ilə bağlı Ermənistan–ABŞ işçi qrupunun üçüncü iclası keçirilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan və ABŞ dövlət katibinin müavini Sonata Koulter ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə olunan irəliləyişi vurğulayıblar։

İşçi qrupunun üzvləri Ermənistan–ABŞ strateji tərəfdaşlığının möhkəmləndirilməsinə yönəlmiş addımlar barədə fikir mübadiləsi aparıblar.

Bu müzakirələrə iqtisadi əməkdaşlıq, energetika, kritik və ən yeni texnologiyalar sahələri də daxil olub.

Daha çox göstər
Back to top button