
Belarus prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, KTMT Ermənistanla işində daha diqqətli və düzgün olmalıdır.
Onun sözlərinə görə, Ermənistan təşkilat çərçivəsində görülən işləri tam dəstəkləməsə də, KTMT üzvü olaraq qalmaqda davam edir.
Lukaşenko qeyd edib ki, “Ermənistanla işimizdə daha düzgün və diqqətli olmalıyıq. Bu baxımdan, Ermənistandakı vəziyyət, xüsusən də seçkiqabağı dövrdə mürəkkəbdir. Buna görə də münasibətlərdə daha incəlik göstərmək lazımdır”.
Bu açıqlama KTMT-nin baş katibi Taalətbek Masadikovla görüşdə verilib.







