BaşlıcaSiyasət

Lusine Hakobyan:  “Putin Ermənistanın daxili işlərinə müdaxilə etdi: AB-ni ittiham edən müxalifət Rusiya Prezidentini niyə pisləmədi?”

Rusiya Prezidenti Vladimir Putinin rusyönümlü qüvvələrə dəstək barədə bəyanatı Ermənistanın daxili işlərinə açıq müdaxilədir və bu kontekstdə Avropa Birliyinə  qarşı yönəlmiş ittihamların heç bir əsası yoxdur.

 Bu barədə “Factor TV”-yə müsahibəsində “Hüququn Avropası” QHT-nin rəhbəri Lusine Hakobyan bildirib. O, qeyd edib ki, bu məsələdə müxalif qüvvələrin susması ikili standartların təzahürüdür.

Rusiya Prezidentinin Baş nazir Nikol Paşinyana əslində həbsdə olan və Rusiya vətəndaşlığı daşıyan bir xadimin seçkilərdə iştirakına icazə verməsi barədə çağırışını şərh edən Lusine Hakobyan qeyd edib:

“Aydındır ki, burada olan hər kəs bunu Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirəcək. Üstəlik, Avropa Birliyini sadəcə hibrid təhdidlərlə mübarizədə Ermənistanın demokratik dözümlülüyünə dəstək verdiyi üçün ittiham etdikləri məqamlar, təbii ki, Vladimir Putinin dili ilə səsləndirilənlərlə müqayisə edilə bilməz”.

Hakobyanın fikrincə, Baş nazirin bu məsələdəki cavabı kifayət deyildi:

“Demək lazımdır ki, bu, Ermənistanın daxili işlərinə birbaşa və açıq müdaxilədir. Bizim Rusiyaya qarşı rəva bilmədiyimiz hərəkəti Rusiya Prezidenti də Ermənistana qarşı rəva bilməməlidir”.

Hüquq müdafiəçisi AB-ni kəskin tənqid edən qüvvələrin indi Rusiyanın müdaxiləsi qarşısında susmasına təəccüb edir:

“Həqiqətən də, Ermənistana hibrid təhdidlərlə mübarizə üçün vəd edilən dəstəyə görə Avropa Birliyini ittiham edən qüvvələrin niyə susması çox maraqlıdır.

Belə bir vəziyyətdə susmaq və bunun Ermənistanın daxili işlərinə birbaşa müdaxilə olduğunu deməmək, aydındır ki, ikili standartlarla iş gördüyümüzü göstərir” — deyə o, qeyd edib.

Daha çox göstər
Back to top button