
Moskva Qarabağ məsələsi müzakirə olunarkən Rusiyaya artıq istinadların edilməməsini istəyir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib, РИА Новости xəbər verir.
“Prezident Putinin və Rusiyanın istədiyi yeganə şey odur ki, bu məsələ müzakirə olunarkən bizi artıq-arta xatırlamasınlar”, — deyə Peskov “İS Vesti”nin müəllifi Pavel Zarubinə bildirib.
Xatırladaq ki, aprelin 1-də Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Yerevan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi Rusiyanın ali rəhbərliyinin bəyanatlarından sonra tanıyıb.







