2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi Sülh Zirvə Toplantısında Prezident Tramp Baş nazir Paşinyanı qonaq etdi.
Biz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” sənədi haqqında elan etdik və üç ikitərəfli anlaşma memorandumu imzaladıq.
Bu barədə, aprelin 3-də Geoloqa həsr olunmuş tədbirdə çıxışı zamanı Ermənistanda ABŞ-nin müvəqqəti işlər vəkili Endrü Conson bildirib.
“Bu addımlar ABŞ hökumətinin dayanıqlı, təhlükəsiz və firavan Cənubi Qafqaza sadiqliyini vurğulayır.
Bu sadiqliyə əsaslanaraq, ABŞ və Ermənistan fəal şəkildə əməkdaşlığımızı, o cümlədən mədənçıxarma və geoloji kəşfiyyat sahəsində əməkdaşlığı müzakirə edir və genişləndirirlər.
Ortaq məqsədimiz məsuliyyətli investisiyaları cəlb edəcək, institutları gücləndirəcək və Ermənistan və ABŞ xalqına geniş faydalar gətirəcək bir sahə yaratmaqdır.
ABŞ-nin böyük investisiyaları göstərir ki, Ermənistanın geologiya və mədənçıxarma sahəsi ciddi uzunmüddətli tərəfdaşları cəlb edir.
Amerika şirkətləri qabaqcıl texnologiyalar, yüksək standartlar və şəffaflıq və məsuliyyətli fəaliyyətə sadiqlik gətirirlər. Birləşmiş Ştatlar Ermənistanın geoloji və mədən potensialını strateji aktiv hesab edir.
Əgər bu potensial şəffaf və dayanıqlı şəkildə inkişaf etdirilərsə, o, iqtisadi artımı stimullaşdıra, regional sabitliyi dəstəkləyə və gələcək nəsillər üçün imkanlar yarada bilər.
Biz bu səyləri dəstəkləməyə hazırıq” – deyə müvəqqəti işlər vəkili bildirib.
O, qeyd edib ki, ABŞ Birləşmiş Ştatların Geoloji Xidməti, ABŞ hökumətinin və digər akademik tərəfdaşları vasitəsilə öz təcrübəsini bölüşməyə hazırdır:
“Biz geoloji xəritələşdirmə və məlumatlar, mütəxəssislərin təlimi, ətraf mühit və sosial müdafiə üzrə ən yaxşı təcrübə ilə bağlı əməkdaşlığı araşdırmağa hazırıq.
Bilirəm ki, hökumətlərimiz arasında bu məsələlər üzrə səmərəli söhbətlər elə bu həftə baş tutub. Ermənistan geoloqları – sizin işiniz infrastruktur, enerji, su və mineral ehtiyatları ilə bağlı qərarların qəbulunu istiqamətləndirir.
Bu, elmi ciddilik, dürüstlük və uzunmüddətli perspektiv tələb edir” – deyə müvəqqəti işlər vəkili vurğulayıb.







