
Bu günlərdə Yaxın Şərq ölkələrindəki erməni icmaları təşviş içindədir. Bu barədə Böyük Kilikiya Evinin Katolikosu Aram 1-ci bildirib.
“Regionda müharibə insan, maddi və iqtisadi baxımdan dağıntılara səbəb olur. Erməni icmaları hər gün müharibənin ağır nəticələrinə məruz qalır.
İcmalarımızın təhlükəsizliyi bizim üçün prioritetdir. Dini və icma rəhbərləri ilə daim əlaqədəyik. Yaranmış gərginliyin doğura biləcəyi gözlənilməz nəticələrdən dərin narahatlıq keçiririk.
Dua edirik ki, Allahın xeyir-duası və siyasi liderlərin müdrik və uzaqgörən yanaşması ilə Yaxın Şərqdə sülh tezliklə bərqərar olsun” – deyə o, bildirib.







