Monument Watch-ın bəyanatı: “Stepanakertdəki katedral vandalizm aktlarından zərər çəkib”

Monument Watch təşkilatı Stepanakertdəki Surb (müqəddəs) Maryamın Himayəsi Katedralına münasibətdə vandalizm halları barədə məlumat verib.
Təşkilatın məlumatına görə, məbəd Azərbaycandan olan şəxslər tərəfindən qəsdən zədələnib.
Sübut qismində Monument Watch Stepanakertdən azərbaycanlı istifadəçilər tərəfindən yerləşdirilmiş videogörüntülərə istinad edir.
Kadrlarda görünür ki, məbəddə iki pəncərə sındırılıb.
Monument Watch nümayəndələri baş verənləri dini obyektin qəsdən zədələnməsi kimi qiymətləndiriblər.
Təşkilatda vurğulayıblar ki, bu cür hərəkətlər beynəlxalq normalara ziddir:
xüsusilə, 1954-cü il “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının 4-cü maddəsinə və ona dair 1999-cu il İkinci Protokolun 9-cu maddəsinə.
Monument Watch-ın bəyanatında qeyd olunub ki, Azərbaycan, erməni mədəni irsinə nəzarət edərək, obyektlərin bütövlüyünün qorunmasına və vandalizm aktlarının qarşısının alınmasına görə beynəlxalq-hüquqi məsuliyyət daşıyır.
“Erməni mədəniyyət irsinə nəzarət edən tərəf kimi, Azərbaycan mədəni sərvətin bütövlüyünün qorunmamasına və vandalizm aktlarının qarşısını ala bilməməsinə görə beynəlxalq-hüquqi məsuliyyət daşıyır” — deyə məlumatda vurğulanır.
Bundan əlavə, Monument Watch-da hesab edirlər ki, bu cür insidentlər erməni mədəni irsinin izlərinin məhv edilməsinə yönəlib və Artsax sakinlərinin öz mədəni dəyərlərinə çıxış hüququnu pozur.
Qeyd edək ki, 2019-cu ildə inşa edilmiş Surb Maryamın Himayəsi Katedralı Stepanakertin rəmzi simvollarından biri hesab olunur.







