BaşlıcaSiyasət

Qazaxıstan hazırda Ermənistan dəmir yollarının rus konsessiyasının əldə olunması ilə bağlı danışıqlar aparmır

Qazax tərəfi hazırda Ermənistan dəmir yollarının rus konsessiyasının əldə olunması ilə bağlı danışıqlar aparmır.

Bu barədə “İnterfaks-Qazaxıstan”a ölkənin Nəqliyyat nazirliyindən bildirilib. Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bəyan etmişdi ki, Moskva Yerevan və Astana ilə dəmir yollarının konsessiya idarəçiliyinin Qazaxıstana verilməsi barədə danışıqlar aparmır.

2025-ci ilin dekabrında Ermənistanın Baş naziri Nikol Paşinyan rus tərəfdaşlarından Türkiyə və Azərbaycan sərhədinə gedən dəmir yolu xətlərinin tezliklə bərpa olunmasını xahiş etmişdi (bu xətlər Ermənistan ilə ABŞ arasında “Tramp marşrutu” nəqliyyat layihəsinin həyata keçirilməsi üçün vacibdir).

Martın əvvəlində Ermənistanın Baş naziri dəmir yolunun idarəçiliyinin başqa bir ölkəyə, məsələn, Qazaxıstana, BƏƏ-yə və ya Qətərə verilməsi ilə bağlı müzakirələr aparıldığını bildirmişdi.

Martın 26-da Paşinyan ümid etdiyini ifadə etmişdi ki, Rusiya və Ermənistan idarəçiliyin qazax tərəfdaşlara verilməsi barədə razılığa gələcəklər, lakin indiyə qədər Rusiya tərəfdaşları bu variantı təsdiqləməyiblər.

Əgər məlum olsa ki, bizimlə Rusiya arasında qarşılıqlı anlaşma var və qazax şirkəti hər iki tərəf üçün qəbul ediləndir, buna qarşı çıxmarıq…

Amma Rusiya tərəfdaşları hələ ‘yaxşı, razıyıq, gəlin belə edək’ deməyiblər. Müzakirələr başqa rejimdə aparılır, amma belə ideyalar var. Prioritetlər yoxdur, məsələ aktiv şəkildə müzakirə olunmur, sadəcə dolaşan və ya müzakirə olunan ideyalar var” – deyə Paşinyan bildirib.

Daha çox göstər
Back to top button