
Fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı başladılan hücumlarla başlayan Yaxın Şərq müharibəsi minlərlə insanın həyatına son qoyub. “Armenpress”in Reuters-ə istinadən verdiyi məlumata görə, aprelin 8-nə olan rəsmi tələfat sayı aşağıdakı kimidir:
İran – ABŞ-da fəaliyyət göstərən HRANA hüquq müdafiə qrupu: 3636 ölü; Qırmızı Xaç və Qırmızı Aypara: ən azı 1900 ölü.
Livan – Rəsmi məlumat: 1530 ölü (ən azı 129 uşaq). Həmçinin BMT-nin üç indoneziyalı sülhməramlısı cənubi Livanda həlak olub.
İraq – Ən azı 117 ölü.
İsrail – Təcili yardım xidməti: 23 nəfər raket atəşindən həlak olub; İsrail ordusu: 11 əsgər cənubi Livanda ölüb.
ABŞ – Mərkəzi Komandanlıq: 13 hərbçi ölüb, 300-dən çox yaralanıb.
BƏƏ – 13 ölü (ikisi hərbçi).
Qətər – Martın 22-də vertolyot qəzasında 7 ölü (texniki nasazlıq).
Küveyt – 7 ölü.
Qərbi Şəriə – İran raket hücumunda 4 fələstinli qadın ölüb.
Suriya – İranın Süveyda şəhərindəki binaya raket zərbəsindən 4 ölü.
Bəhreyn – İranın iki ayrı hücumunda 2 ölü.
Oman – Martın 13-də Sohar sənaye zonasında PUA zərbəsindən 2 ölü.
Səudiyyə Ərəbistanı – Ər-Riyadın cənub-şərqində Xərc şəhərində mərmi düşməsindən 2 ölü.
Fransa – Şimali İraqda PUA hücumunda 1 fransız hərbiçisi həlak olub.







