Başlıcaİctimaiyyət
Tehrandakı Surb Sarkis erməni kilsəsində İranın ali rəhbərinin vəfatının 40-cı günü ilə bağlı mərasim keçirilib.

İranın ruhani lideri Ayətullah Seyid Əli Xameneinin vəfatının 40-cı günü münasibətilə Tehranın erməni Müqəddəs Sarkis kilsəsində mərasim təşkil olunub. Bu barədə İRNA məlumat yayıb.
Agentliyin məlumatına görə, mərasimdə Mədəniyyət və İslami İrşad naziri, həmçinin dini azlıqların nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, İranın ali rəhbəri fevralın 28-də Tehrandakı iqamətgahında ABŞ və İsrail silahlı qüvvələrinin endirdiyi zərbə nəticəsində öldürülüb.







