BaşlıcaEkonomika

Nikol Paşinyan Ermənistan üçün rus qazının  bahalaşması üçün əsas görmür

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətçilərin və bəzi ekspertlərin “Rusiyadan idxal olunan qazın tarifi bahalaşsa, Ermənistanın hökuməti nə edəcək?” sualını qəbuledilməz sayır. Alınan məlumata görə, Paşinyan bu barədə jurnalistlərlə söhbətində deyib.

“Şveyk deyirdi: əgər mənim xalam kişi olsaydı, mən ona dayı deyərdim. Bəs bu baş verməsə, bu sualı verənlər nə edəcək?” – deyə   Paşinyan qeyd edib.

Baş nazir dəqiqləşdirib ki, Ermənistanın Rusiya ilə uzunmüddətli müqavilələri var və vurğulayıb ki, qazın qiymətinin qalxması üçün heç bir əsas yoxdur.

 Onun sözlərinə görə, iki subyekt bir-biri ilə elə məntiqlə münasibət qura bilməz ki, tərəflərdən biri digər tərəfin bütün müqavilələri pozacağını düşünsün.

Nikol Paşinyan həmçinin Ermənistandan Rusiyaya çiçək və konyak ixrac edən sahibkarların Rusiya Federasiyasında problemlərlə üzləşməsi ilə bağlı qeydə də toxunub.

“Ermənistan bütün ssenarilərə çoxdan hazırdır, amma hər halda məsələyə dərindən girmək, faktiki vəziyyətə baxmaq lazımdır.

2018-ci ildən mən onlarla dəfə açıq və qapalı şəkildə ölkədə istehsalın standartlaşdırılması zərurətindən danışmışam. Biz sahibkarlara öz məhsullarını standartlaşdırmaları üçün milyonlarla dollar ayırmışıq.

Mövcud olan, iqtisadiyyatın modernləşdirilməsinə aid olan problemlərdə biz sahibkarlara dəstək verməyə davam edəcəyik, lakin biz razı deyilik ki, bu zaman texniki problemləri siyasi çətir altında fərqli şəkildə təqdim etməyə cəhd edilsin” – deyə Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button