BaşlıcaSiyasət

Parlamentin komissiyası Ermənistanda xarici və yerli investisiyaları tənzimləyən qanun layihəsinə təsdiq verdi

Ermənistan Respublikasının Parlamentində iqtisadi məsələlər üzrə daimi komissiyası “İnvestisiyalar haqqında” qanun layihəsini təsdiq edib.

Bu qanun layihəsi Ermənistanda investisiyaların hüquqi əsaslarını, investorlara və onların investisiyalarına tətbiq edilən azadlıqları, təminatları və investorların hüquqlarının müdafiəsi prosedurlarını, investorların vəzifələrini, investisiya təşviqlərinin hüquqi əsaslarını və s. müəyyən edir.

Akınan məlumata görə, əsas məruzəçi, Ermənistanın İqtisadiyyat nazirinin müavini Liliya Sirikanyan qeyd edib ki, layihənin məqsədi həm yerli, həm də xarici investorlar üçün investisiya sistemləri münasibətlərinin müasir tələblərinə cavab verən hüquqi baza yaratmaqdır.

İqtisadiyyat nazirinin müavini həmçinin xatırladıb ki, hazırda 1994-cü ildə qəbul edilmiş “Xarici investisiyalar haqqında” qanun fəaliyyət göstərir və investisiya prosesinin müasir tələblərinə adekvat olan tam tənzimlənməni təmin etmir.

“Layihənin mühüm xüsusiyyətlərindən biri də onunla müəyyən edilmiş tənzimləmələrin təkcə xarici deyil, həm də yerli investorlara və investisiyalara şamil edilməsidir.

Halbuki bilirik ki, hazırda qüvvədə olan qanun yalnız xarici investorlara və investisiyalara şamil edilir və yerli investorlarla bağlı hüquqi münasibətləri tənzimləmir” – deyə Sirikanyan bildirib.

O, ətraflı izah edib ki, layihə ayrı-seçkiliyin istisna edilməsi təminatını iki tanınmış komponentlə müəyyən edir:

milli rejim – buna əsasən xarici investorlar yerli investorlarla bərabər hüquqlara, azadlıqlara və vəzifələrə malikdirlər; habelə ən əlverişli rejim – buna əsasən Ermənistanda bütün xarici investorlar oxşar hallarda bərabər hüquqlara malikdirlər.

 İstisna yalnız beynəlxalq müqavilələr əsasında yaradılmış gömrük ittifaqı, sərbəst iqtisadi zona, iqtisadi ittifaq, vahid bazar, vergi rejiminin tənzimlənməsi və digər beynəlxalq müqavilələr üzrə nəzərdə tutulub.

Nazir müavininin səciyyələndirməsinə görə, layihə həmçinin müxtəlif qanunlarda və hüquqi aktlarda təsbit edilmiş investorların hüquqlarını, təminatlarını birləşdirmək və onları bir hüquqi aktda müəyyən etmək məqsədi daşıyır.

Layihə Parlamentin qarşıdakı plenar iclasında müzakirə olunacaq.

Daha çox göstər
Back to top button