BaşlıcaEkonomika

2025-ci ildə Ermənistanın hava limanlarında sərnişindaşıma həcmi artıb

2025-ci ilin ilk 11 ayında Ermənistanın hava limanlarında sərnişindaşıma həcmi 5,3 milyon nəfəri keçib.

Rəsmi məlumatlara görə, 2025-ci ilin yanvar-noyabr aylarında “Zvartnots” və “Şirak” hava limanlarında sərnişin axını 5 milyon 308 min 136 nəfər təşkil edib.

Həmin dövrdə “Zvartnots” hava limanında sərnişinlərin sayı 5 milyon 180 min 864 nəfər olub. “Şirak” hava limanında isə bu göstərici 127 min 272 nəfər təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında sərnişindaşıma həcmi 4 milyon 946 min 98 nəfər olub. Beləliklə, 2025-ci ildə sərnişin axını 2024-cü ilin göstəriciləri ilə müqayisədə 362 min 38 nəfər və ya 7,3% artıb.

Daha çox göstər
Back to top button