
Hindistanın Xarici İşlər naziri Subramanyam Cayşankar, Ermənistanın ərazisi vasitəsilə İrandan 312 hindistanlı balıqçının Hindistana təxliyə edildiyini bildirib.
Hindistan xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, bu əməliyyat erməni tərəfinin dəstəyi sayəsində mümkün olub.
“Bunu mümkün etdiyinə görə Ermənistan hökumətinə və dostum Ararat Mirzoyana təşəkkür edirəm” – deyə Cayşankar qeyd edib.
O, həmçinin xaricdə vətəndaşların müdafiəsi məsələsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb və əməliyyatın bütün iştirakçılarına minnətdarlığını bildirib.







