
Ermənistanın Baş naziri Nikol Paşinyan Macarıstan müxalifət lideri Peter Magyarı və onun Tisza partiyasını ölkənin parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.
O, X-də yazıb: “Peter Magyarı və Macarıstan xalqını Macarıstan seçkilərindəki qələbələri münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu demokratik seçkilər Macarıstan xalqının iradəsini və ölkənin gələcəyinə dair vizyonu əks etdirir”.
Qeyd etmək lazımdır ki, Macarıstan parlament seçkilərində müxalifət Tisza partiyası səslərin 53,07%-ni qazanıb və parlamentdəki 199 yerdən 138-ni alacaq ki, bu da konstitusiya çoxluğu üçün kifayətdir.







