Başlıcaİctimaiyyət
Paşinyan: “2025-ci ildə Ermənistanda ömür uzunluğunu qeydə almışıq – 78.4.”

“Keçən il Ermənistan Respublikasında rekord həddə olan ömür uzunluğunu – 78.4 qeydə almışıq ki, bu da tariximizdə görünməmiş göstəricidir”.
Bu barədə, aprelin 13-də Ermənistanın nəhəng sahibkarlar nümayəndələri ilə görüş zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Bu, çox böyük və əhəmiyyətli amildir və əsas məqsədlərimizdən biridir. Məqsədimiz odur ki, insan uzun yaşasın, amma eyni zamanda uzun yaşadığı müddətdə mümkün qədər yaxşı yaşasın.
Həmçinin çox vacib hesab edirəm ki, tariximizdə ilk dəfə olaraq orta pensiya istehlak səbətindən daha çoxdur və nəzərəçarpacaq dərəcədə çoxdur. Bu da iqtisadiyyat və hökumət əməkdaşlığının nəticəsidir” – deyə o, qeyd edib.







