BaşlıcaSiyasət

Meğri – MDB-nin Mədəniyyət Paytaxtı 2026

MDB ölkələrinin “Mədəniyyət paytaxtları” dövlətlərarası proqramı çərçivəsində 2026-cı ildə Meğri şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bununla əlaqədar olaraq aprelin 16–17-də Meğri və Aqarak şəhərlərində müxtəlif mədəni tədbirlər keçiriləcək։

Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyindən bildirilib ki, proqramın rəsmi açılış mərasimi aprelin 16-da saat 19:00-da baş tutacaq.

Tədbir çərçivəsində Ermənistanın estrada-caz orkestrinin iştirakı ilə qala-konsert nəzərdə tutulur. Tədbirin məqsədi şəhərin mədəni irsini, yaradıcı potensialını təqdim etmək və MDB ölkələri arasında mədəni əməkdaşlığı möhkəmləndirməkdir։

“Meğri – MDB-nin mədəniyyət paytaxtı” proqramı çərçivəsində aprelin 16-da bir sıra tədbirlər planlaşdırılıb:

 “Meğri – MDB-nin mədəniyyət paytaxtı” mövzusunda poçt markasının dövriyyəyə buraxılması (saat 18:00)

Rəsmi açılış mərasimi, qala-konsert (saat 19:00)

Açılış tədbirində Ermənistan dövlət qurumlarının nümayəndələri, MDB-yə üzv ölkələrin (Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan) rəsmi nümayəndə heyətləri, mədəniyyət xadimləri, həmçinin MDB İcraiyyə Komitəsinin və MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun rəhbər heyətinin nümayəndələri iştirak edəcəklər։

Daha çox göstər
Back to top button