BaşlıcaSiyasət

Ərazi idarəetməsi və infrastruktur naziri: “Metsamor Atom Elektrik Stansiyasını növbəti 10 ildə Ermənistanın enerji sistemində saxlamaq istiqamətində tədbirlər həyata keçirilir”

Ötən il ərzində Metsamor atom elektrik stansiyasının istismar müddətinin uzadılması proqramı davam etdirilib. Alınan məlumata görə, bu barədə Ermənistan Respublikasının ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan Parlamentdə  çıxışı zamanı bildirib.

 “Hazırda istismar müddətinin uzadılması üzrə geniş proqram çərçivəsində tədbirlər həyata keçirilir ki, məqsəd atom elektrik stansiyasını növbəti 10 il ərzində də enerji sistemində saxlamaqdır, – deyə nazir bildirib.

Nazir qeyd edib ki, ötən il ərzində Ermənistan–İran 400 kilovoltluq elektrik ötürmə xəttinin və infrastruktur layihəsinin işləri davam etdirilib.

 “Bu istiqamətdə təxminən 85 faiz icra səviyyəsi var” – deyə Xudatyan bildirib։ Ermənistan 2036-cı ilə qədər yeni atom elektrik stansiyası tikməyi planlaşdırır։ Hökumət modul tipli atom elektrik stansiyasının tikintisinə qərar verib və bu istiqamətdə ABŞ, Fransa, Rusiya, Çin və Cənubi Koreya ilə danışıqlar aparır։

Daha çox göstər
Back to top button