
Ermənistan siyasi və texniki baxımdan Türkiyə ilə sərhədləri açmağa hazırdır, lakin proses Türkiyə tərəfdən asılıdır.
Alınan məlumata görə, bu haqda CNN TÜRK-ə müsahibəsində ER Xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib və əlavə edib ki, Ermənistan diplomatik münasibətlər qurmağa və səfirlər təyin etməyə hazırdır, lakin normallaşma prosesi qarşılıqlı olmalıdır.
O, bildirib ki, hazırda Alican sərhəd-keçid məntəqəsi prioritetdir və dəmir yolu əlaqəsinin bərpası üzrə texniki işlər də davam edir.
Kostanyan qeyd edib ki, regiondakı təhlükəsizlik riskləri sərhədlərin açılması üçün əlavə motivasiya yaradır və vurğulayıb ki, iqtisadi və logistika əməkdaşlığı, xüsusilə “Tramp yolu” layihəsi çərçivəsində, Avropa–Mərkəzi Asiya marşrutu boyunca yeni imkanlar yarada bilər.







