
Ermənistan Milli Assambleyasının (Parlamentinin) sədri Alen Simonyan Ermənistan-Türkiyə quru sərhədinin açılmamasının səbəblərinə toxunub.
Alınan məlumata görə, İstanbulda erməni mətbuat nümayəndələri ilə görüşən Simonyan sərhədin niyə açılmadığı sualına cavab verib.
Simonyan bu prosesdə Azərbaycanın rolunu da qeyd edib:
“Deyə bilərəm ki, Azərbaycan öz lobbiçiliyi və təsiri vasitəsilə hazırda prosesə mane olur. Çünki bir tərəfdən bizimlə danışıqlar aparır, digər tərəfdən isə Türkiyənin bizimlə danışıqlar aparmasına icazə vermir.
Bu, qəribə bir vəziyyətdir. Türkiyə sanki bu münasibətlərin əsirinə çevrilib” — deyə Ermənistan parlamentinin sədri bildirib.







