BaşlıcaSiyasət

Paşinyan : “Ermənistan və Rusiya münasibətləri konstruktiv transformasiya mərhələsindədir”

Ermənistanın Rusiya ilə münasibətləri konstruktiv transformasiya mərhələsindədir. Alınan məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Mülki Müqavilə” partiyasının seçkiqabağı proqramını təqdim edərkən bəyan edib.

“Ermənistan Rusiya ilə qarşılıqlı faydalı və konstruktiv münasibətləri inkişaf etdirəcək. Yenə deyirəm, Rusiya ilə münasibətlərimizin əhəmiyyətini olduğundan artıq qiymətləndirmək çətindir.

 “Konstruktiv transformasiya” dedikdə nəyi nəzərdə tutduğumu da aydınlaşdırmaq istəyirəm. Əslində, Rusiya ilə münasibətlərimiz tamamilə Qarabağ hərəkatı şəraitində qurulmuşdu. İndi, Qarabağ hərəkatını davam etdirmədiyimiz, sülh bərqərar olduğu və münaqişə başa çatdığı bir vaxtda, təbii ki, münasibətlər bu yeni məntiqə uyğunlaşdırılmalı və inkişaf etməlidir” — deyə Paşinyan bildirib.

 “Sadə bir misal çəkim: əvvəllər münaqişə şəraitində Rusiya ilə heç vaxt dəmir yolu əlaqəmiz olmayıb, indi isə var. Bunun münasibətlərimizə təsiri olacaqmı?-deyərək  Baş nazir əlavə edib.

Sözsüz ki, olacaq. Bu təsir konstruktiv olacaqmı? Şübhəsiz. Biz məhz bu məntiqlə yolumuza davam edəcəyik. Rusiya ilə münasibətlərimizdə problem yaratmaq üçün edilən bütün cəhdlərə gəlincə…

Ermənistandakı bir çox qüvvələr münasibətlərimizdə böhranlar təhrik etmək və qızışdırmaq istəyirlər. Biz buna imkan verməyəcəyik və bütün səylərimizi Rusiya ilə konstruktiv münasibətlərimizin gələcək inkişafına yönəldəcəyik. İnci məqam ondan ibarətdir ki, bu, balanslaşdırılmış xarici siyasət düsturları çərçivəsində baş verməlidir”.

Daha çox göstər
Back to top button