
“Shirak Avia” aviaşirkəti aprelin 20-dən etibarən Yerevan-Astana-Yerevan marşrutu üzrə uçuşlara start verib.

“Armenia International Airports”un yaydığı məlumata görə, uçuşlar həftədə bir dəfə olmaqla, hər həftənin bazar ertəsi günləri həyata keçiriləcək.







