
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 22-də Yunanıstanın Delfi şəhərində keçiriləcək “Delfi İqtisadi Forumu”nda iştirak edəcək.
Bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurası yayıb.
Forum çərçivəsində Armen Qriqoryan Yunanıstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tanos Dokos, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Moldova Respublikası Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Stanislav Sekrieru ilə birlikdə “Strateji bölünmə xətləri:
Avropanın Şərq qonşuluğunda münaqişələrin idarə olunması və dayanıqlılığın formalaşdırılması” mövzusunda panel müzakirəsində iştirak edəcək.







