
Baş nazirin müavini Tiqran Xaçatryan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinyini qəbul edib.
Baş nazirin müavini mayın 4-də Avropa Siyasi Birliyinin (ASB) sammitində, həmçinin ertəsi gün՝ mayın 5-də, Fransa Prezidenti Emmanuel Makronun dövlət səfəri çərçivəsində Ermənistanda olmasının vacibliğini xüsusi vurğulayıb.
Səfər ərəfəsində ikitərəfli münasibətlərin gündəliyindəki bir sıra məsələlərə, o cümlədən içməli su təchizatı və kanalizasiya, Şimal-Cənub yol dəhlizinin Sisian-Kacaran yol hissəsinin tikintisində Fransa tərəfinin iştirakı, təhsil sahəsində əməkdaşlıq, eləcə də digər strateji əhəmiyyətli proqram və təşəbbüslərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Hər iki tərəf formalaşmış konstruktiv qarşılıqlı fəaliyyətin vacibliyini, bu çərçivədə razılaşdırılmalı olan məsələlərin səmərəli həllini və ikitərəfli münasibətlərin davamlı şəkildə genişləndirilməsi məqsədini vurğulayıblar.







