BaşlıcaSiyasət

Fitch Ratings: “İrandakı müharibə Ermənistan və Gürcüstanda inflyasiya risklərini artırır”

Fitch Ratings-in hesabatına görə, İrandakı müharibə Qafqaz dövlətləri üçün münaqişənin birbaşa nəticələrindən ziyada, əsasən enerji və logistika xərclərinin artması səbəbindən siyasi və iqtisadi çətinlik yaradır.

Davamlı şoklar inflyasiya və xarici kəsirin artması ilə nəticələnə bilər (xüsusilə enerji idxalçısı olan Ermənistan və Gürcüstan üçün).

Beynəlxalq ehtiyatların artımı və enerji təchizatının nisbi təhlükəsizliyi suveren reytinqlər üçün qısamüddətli riskləri məhdudlaşdırır.

Proqnozlara əsasən 2026-cı ildə Gürcüstanın cari hesab kəsiri ÜDM-in 5,3%-nə çatacaq. Ermənistanın büdcə kəsiri isə 2025-ci ildəki yeddiillik maksimumdan (7,2%) sonra 2026-cı ildə 5%-ə enəcək.

Azərbaycanda  2026-cı ildə iqtisadi artımın 2,2% olacağı gözlənilir.

Fitch qeyd edir ki, Ermənistanın “Qazprom” ilə sabit qaz tarifləri barədə uzunmüddətli razılaşması var. Müharibənin ilk ayında Gürcüstan larisi və Ermənistan dramı dollar qarşısında sabitliyini qoruyub saxlayıb.

Daha çox göstər
Back to top button