BaşlıcaSiyasət

NATO Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa hazırdır

20-21 aprel 2026-cı il tarixlərində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi, səfir Kevin Hamilton Ermənistana ilk səfərini edib.

Onu Ermənistan Prezidenti Vahaqn Xaçaturyan qəbul edib.

Həmçinin Baş nazir Nikol Paşinyan, Parlamentin sədri Alen Simonyan, Xarici işlər naziri Ararat Mirzoyan, Müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşlər keçirilib.

Bu barədə NATO-nun bəyanatında deyilir. Məlumata görə, xüsusi nümayəndə tərəfdaşlarla bir sıra mövzular ətrafında fikir mübadiləsi aparıb:

Səfir Hamilton Ermənistanın NATO-nun rəhbərlik etdiyi Kosovodakı sülhməramlı missiyasına (KFOR) davamlı töhfəsini, Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi və NATO qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

 NATO Ermənistanla gələcək siyasi dialoqa və təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa hazır olduğunu bildirib.

Daha çox göstər
Back to top button