BaşlıcaSiyasət

Paşinyan: 2026-cı ildə TRIPP layihəsinin icrasına başlanılacaq

ER  Baş naziri Nikol Paşinyan əmindir ki, 2026-cı ildə TRIPP layihəsinin yerində icra işlərinə başlanılacaq. Paşinyan bu barədə hakim “Mülki Müqavilə” partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.

“Mənim hesablamalarıma görə, ən qısa müddətdə elektrik ötürücü xətləri istismara veriləcək. Gümrü-Türkiyə sərhədi və Arazdəyən (Yerasx)-Naxicevan sərhədi dəmir yolu hissələrinin bərpasını isə çox tez – 1-1,5 il ərzində həyata keçirəcəyik” – deyə Paşinyan qeyd edib.

TRIPP (Trump’s Route for International Peace and Prosperity – Trampın Beynəlxalq Sülh və Rifah Yolu) Ermənistan-ABŞ müştərək investisiya layihəsidir.

Bu layihə üzrə razılaşma 8 avqust tarixində Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən Ermənistan-Azərbaycan sammitində əldə olunub.

Layihə həmçinin Azərbaycanın əsas hissəsinin Naxicevanla əlaqəsini təmin edəcək və regionu “Sülh kəsişməsi”nə çevirəcəkdir.

Daha çox göstər
Back to top button