BaşlıcaEkonomika

Paşinyan:  “Qapan hava limanına beynəlxalq status verilməsi prosesi artıq başlayıb”

Qapanın “Syünik” hava limanı beynəlxalq uçuşlar həyata keçirmək üçün kifayət qədər böyük potensiala malikdir.

 Alınan məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Mülki Müqavilə” partiyasının seçkiönü proqramını təqdim edərkən bəyan edib.

“Biz Qapanın “Syünik” hava limanına beynəlxalq hava limanı statusu verməliyik və bu proses artıq başlayıb. Əlbəttə, “Syünik” hava limanı hazırda da müəyyən ölçülü təyyarələri qəbul edə bilir və zərurət yaranarsa, uçuş-enmə zolağının imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılacaq ki, daha böyük təyyarələri qəbul etmək mümkün olsun”.

Hal- hazırda Qapan hava limanından Yerevana və əks istiqamətə uçuşlar həyata keçirilir. Reysləri “NovAir” aviaşirkəti L-410 tipli kiçik mülki təyyarə ilə yerinə yetirir.

Hazırda Ermənistanda beynəlxalq statuslu iki hava limanı fəaliyyət göstərir: Yerevanın “Zvartnots”  və  Gümrünün “Şirak” hava limanları.

Daha çox göstər
Back to top button