Pilotuz uçuş aparatları (PUA) Ermənistan və Rusiya arasındakı hərbi-texniki əməkdaşlıqda əsas rol oynaya bilər. Bu fikri aprelin 22-də keçirilən “Moskva-Yerevan” videokonfransı zamanı rusiyalı politoloq Artur Atayev səsləndirib.
Ekspert Baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra hərbi-texniki sahədə əvvəllər təsdiqlənmiş proqramların davam etdiriləcəyi barədə bəyanatına reaksiya verib:
Atayevin fikrincə, bu gün hər iki ölkə bir-birinin nailiyyətlərinə və təcrübəsinə ehtiyac duyur.
O, qeyd edib ki, dünya silah bazarında ciddi dəyişikliklər baş verir və PUA-lar döyüş əməliyyatlarının gedişatına böyük təsir göstərir.
Ekspertin sözlərinə görə, Rusiya dünyada vahid PUA komandanlığına malik nadir ölkələrdən biridir və Yerevana təklif edəcəyi çox şey var.
Atayev əlavə edib ki, PUA və süni intellekt texnologiyalarının aktiv istifadəsi bəzən canlı qüvvə üstünlüyünü mənasızlaşdırır və hətta hava hücumundan müdafiə sistemlərini belə həssas edir.







