
Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsi çərçivəsində təkiləcək dəmir yolu hissəsini TRIPP şirkətinin idarə edəcəyini təsdiqləyib.
Bu açıqlama jurnalistlərlə keçirilən brifinqdə hissəyə kimin nəzarət edəcəyi ilə bağlı suala cavab olaraq verilib.
Baş nazirin sözlərinə görə, hissə Ermənistanın ümumi dəmir yolu şəbəkəsinə qoşulacaq və idarəetmə məsələsində “ikincil fikir ola bilməz”.
Ermənistanın dəmir yolu sistemi 2038-ci ilə qədər Cənubi Qafqaz Dəmir Yolları (Rusiya Dəmir Yollarının törəmə şirkəti) tərəfindən konsessiya idarəçiliyindədir. Rusiya tərəfi konsessiyanın üçüncü tərəfə verilməsi ilə bağlı müzakirələri “qəribə” adlandırıb.







