
“Armenpress” ilə söhbətində ER Xarici İşlər Nazirliyi Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Ermənistana gəldiyini təsdiqləyib və əlavə mətbuat açıqlaması veriləcəyini əlavə edib.
Daha əvvvəl Azərbaycan mediası xəbər verib ki, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Yerevana səfər edib.
“Armenpress”in məlumatına görə, Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini aparan təyyarənin artıq Yerevanın “Zvartnots” hava limanına eniş etdiyi qeyd olunur.







