BaşlıcaSiyasət

 Ermənistan və Fransa strateji əməkdaşlıq sənədi imzalayacaqlar

ER  Xarici işlər naziri Ararat Mirzoyanın rəhbərliyi ilə aprelin 27-də Parisdə Avropa regionu ölkələrində və təşkilatlarında akkreditə olunmuş Ermənistan diplomatik nümayəndəlikləri rəhbərlərinin toplantısı keçirilib. Verilən məlumata görə, bu barədə ER XİN məlumat yayıb.

Nazir Mirzoyan açılış nitqində qeyd edib: “Sonuncu dəfə hamımız, əlbəttə ki, daha geniş tərkibdə avqustun sonunda görüşmüşdük, ondan sonra xüsusilə Avropa qitəsində və Ermənistanın Avropa Birliyi və ayrı-ayrı ölkələrlə münasibətlərində çox hadisələr baş verib.

Bir çox ölkələrlə strateji əməkdaşlıqlar müzakirə olunur. Bir həftədən sonra Fransa ilə uzun müddət müzakirə edilən sənədin imzalanmasını da görəcəyik.

Bundan əvvəl, son aylarda bəzi ölkələrlə, məsələn, Almaniya ilə bu artıq baş verib. Əlbəttə, sənədlərin adları bir-birindən bir az fərqlənir: bir halda bu strateji tərəfdaşlığın qurulmasıdır, digər halda strateji tərəfdaşlıq gündəliyidir. Məsələn, Avropa Birliyi ilə “Strateji Tərəfdaşlıq Gündəliyi” imzaladıq və s”.

Nazir Mirzoyan 4-6 may tarixlərində Yerevanda keçiriləcək yüksək səviyyəli tədbirlərə — Avropa Siyasi Birliyi və Ermənistan-AB sammitlərinə, həmçinin “Yerevan Dialoqu” tədbirinə toxunub.

Daha çox göstər
Back to top button