
Ermənistan və Gürcüstan 2029-cu il FIFA Gənclərarası Dünya Çempionatına birgə ev sahibliyi edəcəklər. Bu barədə İdman və Gənclər Nazirliyi məlumat verib.
“Kanadanın Vankuver şəhərində Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) İcraiyyə Komitəsinin iclası keçirilib və iclasda Ermənistan və Gürcüstanın turnirə ev sahibliyi etmək üçün birgə müraciəti qalib kimi tanınıb.
Xəbərdə deyilir ki, Ermənistan oyunları Yerevan, Vanadzor və İcevanda keçiriləcək”․
Baş nazir Nikol Paşinyan daha əvvəl sosial media səhifəsində Vanadzor stadionunun yenidən qurulduğunu, yaxın gələcəkdə İcevanda da stadionun tikiləcəyini və Yerevandakı Respublika stadionunun müəyyən dəyişikliklərə məruz qalacağını bildirmişdi.







