BaşlıcaBeynəlxalq

RFE/RL:  “AB-nin Ermənistanla bağlı kifayət qədər yeni xəbərləri var”

Gələcəkdə Avropa  Birliyinin  Ukraynaya kiberhücumlar və dezinformasiya ilə mübarizədə daha fəal dəstək verməsi istisna olunmur.

Brüssel artıq oxşar təcrübəyə malikdir (keçən il Moldovada tətbiq edilib). Eyni addımın bu il Ermənistanda da atılması planlaşdırılır və burada AB-nin yeni missiyası təsdiqlənəcək.

“Azadutyun” radiosunun (RFE/RL) məlumatına görə, missiyanın məqsədi “Rusiya tərəfinin hərəkətlərinə qarşı mübarizə aparmaqdır”.

Bu həftə Ermənistanla bağlı xəbərlərlə zəngindir. Aprelin 28-də Avropa Parlamentində Ermənistanla bağlı müzakirələr başlayıb.

Bir neçə gündən sonra parlament Yerevanı dəstəkləyən qətnaməyə səs verəcək, gələn həftə isə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində ölkə Avropa liderlərini qəbul edəcək, ardınca isə ilk AB-Ermənistan sammiti keçiriləcəkdir.

Daha çox göstər
Back to top button