BaşlıcaSiyasət

Franasa  Prezidenti:  “Nikol Paşinyanın son illərdəki fəaliyyəti Ermənistanda çox  təsüratlıdır”

Fransa Prezidenti Emmanuel Makron Yerevanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti çərçivəsində panel müzakirəsi zamanı Baş nazir Nikol Paşinyanın yürütdüyü siyasəti yüksək qiymətləndirib.

“Yeri gəlmişkən, mən hesab edirəm ki, Nikol Paşinyanın son illərdə Ermənistandakı fəaliyyəti çox təsüratlıdır. Gəlin səmimi olaq: səkkiz il əvvəl bura heç kim gəlməzdi.

Və bu gün ölkənizə bu qədər çox səfərin edilməsi faktı yaxşı siqnaldır” – deyə o, bildirib.

Makronun sözlərinə görə, keçmişdə bir sıra ölkələr Ermənistana başqa cür baxırdılar:

“Səkkiz il əvvəl bu masa arxasında bir çox ölkələr bu ölkəni Rusiyanın real peyki kimi görürdülər. Nikol Paşinyan “məxməri inqilab”təşkil etdi və öz ölkəsini Rusiyadan qorumağa qərar verdi.

Və buna görə o, hər gün hücumlara məruz qalıb və qalmaqda davam edir” – deyə Fransa Prezidenti qeyd edib.

O, həmçinin Ermənistanın Avropa seçiminin vacibliyini vurğulayıb: “Onun dünya və Avropa haqqında qərar verməsi çox güclü bir siqnaldır”.

Fransa Prezidenti əlavə edib ki, Ukraynanın müqavimət müharibəsi, Ermənistanın strategiyası və Moldovada atılan addımlar Avropa ölkələrinin ümumi istiqamətindən xəbər verir.

“Son bir neçə il ərzində biz avropalılar kollektiv şəkildə ayıq-sayıq olmağa və heç bir böyük gücdən asılı olmamağa qərar verdik. Bu həm də strateji muxtariyyətin vacib ilkin şərtlərindən biridir” – deyə o, vurğulayıb.

Daha çox göstər
Back to top button