
Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Baş nazir Nikol Paşinyanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü baş tutub.
Alınan məlumata görə, bu barədə Ermənistan Respublikası Baş nazirinin aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Görüş zamanı tərəflər Ermənistan-Ukrayna ikitərəfli qarşılıqlı fəaliyyətinin inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Həmsöhbətlər həmçinin regional və qlobal hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
Sabit və uzunmüddətli sülhün təşviq edilməsinin zəruriliyi vurğulanıb







