
Türkiyə və Azərbaycan nümayəndələri mayın 5-6-daYerevanda Ermənistan Xarici İşlər nazirliyi tərəfindən təşkil olunan “Yerevan Dialoqu” diplomatik forumunda iştirak edəcəklər.
Forumun saytından öyrənirik ki, mayın 5-də “Cənubi Qafqaz dönüş nöqtəsində: sülh və əməkdaşlıq perspektivləri” mövzusunda panel müzakirəsi keçiriləcək.
Müzakirələrdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi üzrə xüsusi nümayəndə Serdar Kılıç və Azərbaycanın “Topçubaşov Mərkəzi”nin direktoru Rusif Hüseynov da iştirak edəcəklər.
Həmçinin müzakirələrə AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono və Gürcüstan Xarici işlər nazirinin müavini Laşa Darsaliya qatılacaqlar.
Qeyd edək ki, Yerevanda keçirilən Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitində iştirak etmək məqsədilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Ermənistandadır, Azərbaycan Prezidenti İlham Əliyev isə sammitə videobağlantı vasitəsilə qoşulacaq.







